Komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilir

2022-ci ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) bölmələrində təlim-məşqləri keçirilir. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına bildiriblər.
Praktiki məşqlərdə komandolar maneələri yüksək peşəkarlıqla dəf edərək kəşfiyyat cığırının açılması və şərti düşmənin məhv edilməsi tapşırıqlarını yerinə yetirirlər.
Komandoların fərdi bacarıqlarının, eləcə də atəş və taktiki hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.