Plana əsasən, təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra edilib.
Müdafiə Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ keçirilib.
Sərt iqlim şəraitində keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar yüksək peşəkarlıq və dəqiqlik nümayiş etdiriblər.