Kollagen birləşdirici toxumanın əsasını təşkil edən sapşəkilli zülal növüdür. Oynaqlarda, sümüklərdə, vətərlərdə və əzələlərdə cəmləşmişdir. Orqanizmdə onun əsas məqsədi birləşdirici toxumanı gücləndirmək, dəriyə möhkəmlik və elastiklik verməkdir və bədənin bütövlüyünü qorumaqdır. Bədənimizdə kollagen olmasa, bədən hissələrimiz bir yerdə qala bilməz.
20 yaşdan etibarən bədənimizdə kollagenin istehsalında azalma müşahidə olunur. 35 yaşdan etibarən kollagen sürətlə azalmağa başlayır, 45-50 yaşda kollagenin istehsalı yarıya qədər azalmış olur.
Orqanizmdə kollagenin tipləri var və azalmağa başladığı üçün saç və dırnaqlar qırılır, oynaq ağrıları, həddindən artıq yorğunluq, dəridə həddindən artıq qırışlar, dəri elastikliyin itirilməsi, bədəndə asanlıqla meydana gələn göyərmələr, diş ətlərində qanama, əllərdə quruluq müşahidə olunur.
Kollagenin faydaları: Dəri daha elastik olur, qırışları azaldır, ürək sağlamlığını qoruyur, həzm sistemini tənzimləyir, göz sağlamlığını qoruyur , sümükləri gücləndirir, oynaq ağrılarının qarşısını alır, araciyəri qoruyur.
Kollagen tərkibli qidalar: ət suyu, ət və ət məhsulları, qırmızı meyvə və tərəvəzlər və s.
Bədəndə kollagen dəyərlərini azaldan amillərə aşağıdakılar daxildir:
– Şəkər və rafinə edilmiş məhsullar. Şəkər kollagenin özünü bərpa etməsinə mane olur.
– Günəş işığına çox məruz qalsanız, kollagen maddə dəyərləri azala bilər.
– Məlumdur ki, siqaret istifadəsi kollagen dəyərlərinin azalmasına səbəb olur.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti