“Köhnə çamadanlar” bədii filminin təqdimatı oldu ​

Nizami Kino Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, “RS Production”un birgə layihəsi, “OYUN” inklüziv teatr MMC-nin istehsalı olan “Köhnə çamadanlar” bədii filminin təqdimatı olub.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Yeni inklüziv kino nümünəsi olan filmin baş sponsorları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “RS Production”, digər sponsorları Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC və “AK Company”dir.

Filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, baş prodüseri Pərvinə İsmayılovadır.

Filmdə xalq artistləri Məmmədsəfa Qəhrəmanov, Qabil Quliyev, Pərvanə Qurbanova, əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova və b. çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.