Kofeinin zərərləri müəyyən dozadan artıq istehlak edildikdə ortaya çıxır. İndiyədək müəyyən edilmiş zərərlərdən bəziləri aşağıdakılardır:
- Psixoloji xəstəliklərə, əsəbilik, depressiya, yuxusuzluq kimi problemlərə səbəb ola bilər.
- Sidik miqdarını və tezliyini artırır, bədəndən daha çox mineral və vitamin atılmasına səbəb ola bilər.
- Migrenə səbəb ola bilər.
- Gündə 300 milliqram kofeinə görə bədəndən əlavə 15 milliqram kalsium xaric olur.
- Ürək problemi olanlarda ürək ritmini pozur və yüksək təzyiqli xəstələrdə təzyiqin artmasına səbəb olur.
- Yemək zamanı və ya sonra qəbulu sink və dəmirin udulmasını azaldır.
- Mədənin turşu ifrazını artıraraq qastrit yaradır.
- Aşırı doza ölümcüldür. Məsələn, siçanlarda kofeinin öldürücü dozası kiloqramı üçün 192 milliqramdır. İnsanlarda qeyd olunub ki, bir oturuşda 200 kofeinli qazlı içki və ya 125 stəkan çay və ya 75 stəkan kofe içilirsə, böyük ehtimalla tənəffüs çatışmazlığından və ya ürək-damar şokundan öləcəklər.
- Müntəzəm və uzun müddətli kofein qəbulu beynin hipokampus bölgəsinə təsir edərək öyrənməyi çətinləşdirir.
- Kofein xüsusilə itlər və quşlar üçün ölümcüldür. Onların maddələr mübadiləsi kofeini həzm etmək üçün uyğun deyil. Bu səbəbdən ev heyvanlarınızın tərkibində kofein olan qida və içkilərdən uzaq durduğundan əmin olun.
- Konkret bir nəticəyə gəlinməsə də, gündə 200 milliqram və daha çox kofein qəbul edən hamilə qadınlarda uşaq düşmə nisbətinin əhəmiyyətli dərəcədə artdığı müşahidə edilmişdir. Başqa bir araşdırma bunun doğru olmadığını üzə çıxarsa da, İngiltərə Qida Standartları Agentliyi hamilə qadınlara gündə 200 milliqramdan çox qəhvə istehlak etməməyi tövsiyə edir.
- Müəyyən miqdardan artıq kofein qəbul edənlərdə göz içi təzyiqi yüksəlir. Bu, bəzi xəstəliklərə səbəb olur.
Kofein alışqanlığı
Kofein adenozinlə qarşılıqlı əlaqədə olub, yatmağın qarşısını alır. Ancaq bədənimiz adenozinə daha həssas olduğu üçün qısa müddətdə kofeinə qarşı alışqanlıq yarana bilər. Aparılan araşdırmalarda 7 gün ərzində gündə 3 dəfə 400 milliqram kofein qəbul edən şəxsin 1 həftə ərzində kofeinə qarşı tam alışdığı və təsirinin 95%-dən çox azaldığı müəyyən edilib. Eynilə, 18 gün ərzində gündə 3 dəfə 300 milliqram kofein qəbul edənlərdə də alışqanlıq yaranıb.
Buna görə də, qəhvə-çay içdiyiniz halda yuxu probleminiz varsa, bunun səbəbi bədəninizin kofeinə alışmasıdır. Sizə məsləhətimiz odur ki, kofeini bir müddət dayandırdıqdan sonra tədricən sıfırdan başlamaq və istifadəsini artırmaq lazımdır. Bu şəkildə bir dövrə qursanız, yuxusuzluğun qarşısını ala bilərsiniz.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti