Kofein ilkin olaraq çay və qəhvədən bildiyimiz kimyəvi maddə olsa da, əslində heyvanların mərkəzi sinir sistemində olan bir stimullaşdırıcıdır. Yalnız heyvanlarda deyil, bəzi bitkilərdə də metilksantin sinfinə aid olan maddədir.
Çay və qəhvənin ən aktiv tərkib hissəsi olmaqla yanaşı, kofein, kola içkiləri, şokolad və bəzi dərmanların tərkibində də var. Kofeinin ağrı kəsici, ürək-damar xəstəlikləri və sinir sistemi xəstəliklərində təsirli olduğu bilinir. Çay və qəhvə illərdir ictimai tədbirlərdə adi içki kimi istifadə olunur. Araşdırmalar göstərir ki, qəhvə istehlakı getdikcə artır.
Çay və qəhvədə kofein miqdarı:
100 millilitrlik bir fincan çayda 11 milliqram kofein, 100 millilitrlik bir fincan qəhvədə isə 41 milliqram kofein var. Yəni orta hesabla 1 fincan qəhvə kofein baxımından təxminən 4 stəkan çaya bərabərdir.
Təhlükəsiz Kofein İstehlak səviyyəsi:
Təbii ki, hər kəsə uyğun olan ümumi kofein miqdarını müəyyən etmək mümkün deyil. Bununla belə, orta və sağlam bir insanda kofeinin təsiri təxminən 250 milliqram və yuxarı dozalarda başlayır və gündə 400 milliqrama qədər istehlak etməyin heç bir zərəri yoxdur. Həddindən artıq istehlak edilməsə, kofeinin bir çox faydası vardır. Kofeinin “normal” miqdarı insandan insana dəyişir; bununla belə, gündə orta hesabla 2-3 stəkan qəhvə və ya 5-6 stəkan çaydan çox içməməyi məsləhət görürük. Bu miqdardan sonra artıq kofein bədəninizə zərər verməyə başlaya bilər.
Bundan əlavə, kofein, məşhur inancın əksinə, içdiyin anda təsir etmir. Bədənə daxil olduqdan təxminən 30-60 dəqiqə sonra təsir göstərir.
İnsan orqanizmində kofeinin yarı ömrü təxminən 5 saatdır; Yəni hər 5 saatdan bir orqanizminizdəki kofeinin miqdarı 50% azalır. Məsələn, axşam saat 8-də 100 milliqram kofein içsəniz, bu, saat 13-də 50 milliqrama, axşam saat 6-da isə 25 milliqrama düşəcək.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti