KİV nümayəndələri Mərdəkan Reabilitasiya Pansionatında qazilərə göstərilən xidmətlərlə tanış oldular


Postmüharibə dövründə reabilitasiya müəssisələrində 2500-dən artıq qaziyə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Mərdəkan Reabilitasiya Pansionatına mediatur təşkil edib.
KİV nümayəndələri 44 günlük Vətən müharibəsi qazilərinə mərkəzdə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlərlə tanış olublar.
Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq son illər reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması, yeni müəssisələrin açılması nəticəsində reabilitasiya potensialı 3 dəfə artırılıb. Həmin müəssisələr Vətən müharibəsində yaralanmışqazilərimizin bərpa müalicəsində də xüsusi önəm kəsb edir.
Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 2500-dən artıq qazinin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilib.