Kitab haqqında deyilmiş ən yaxşı aforizmlər


magnifying glass and old book
Kitab toplamaq yaxşı işdir, onları oxumaq isə daha faydalıdır. Françesko Petrarka
- Kitaba malik olmamaq, əqli yoxsulluğun ən yüksək dərəcəsidir. C.Reskin
- Kitabxana insan ruhunun bütün zənginliklərinin xəzinəsidir. Q. V. Leybtnis
- Kitablar bizi ötən əsrlərin mənəvi varisi edir. N.Vəzirov
- Kitablar da dost kimidir, az fəqət yaxşı seçilmiş olmalıdır. S.J.Harris
- Kitablar, heç solmayacaq bitkilərdir. Herrick Kitablar həyatım, təcrübələrim isə müəllimimdir. A.Avqustin
- Kitablar, itmiş başların abidələridir. Sir Villiam Davenant
- Kitablar sivilizasiyanın nümunəsidir. Kitabsız ədəbiyyat, tarix itər. Həyati incəliklər olan lirika, psixoloji və elmi biliklər mənasız olar. Henri Devid Toro
- Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. Rey Bredberi
- Kitabsız bir ömrün nə mənası var. Səməd Vurğun
- Kitabsız qalmaq çörəksiz qalmaqdan çətindir. V.Kubarev
- Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır. Seneka
- Qədim kitabların füsunkar təbiəti şərabı andırır. A.S.Qrin
- Qəpiklər manat əmələ gətirdiyi kimi, oxumaq da bilik əmələ gətirir. V.L.Dal
Həlimə Əliyeva