1789-1865-ci illər arasında yaşamış və müasir tibb tarixində ilk uğurlu keysəriyyə əməliyyatını edən James Barry əslində qadın idi. Necə?
Tarixdə ananın ölmədiyi ilk keysəriyyə əməliyyatı 1500-cü ildə isveçrəli həkim tərəfindən həyat yoldaşına edilib. Qadının bu əməliyyatdan sonra daha 5 doğumu olub, onlardan biri əkiz hamiləlik olub.
1800 ildə keysəriyyə əməliyyatı son çarə olaraq tətbiq olunmağa davam edir, lakin aradakı 300 ildə ana ölüm nisbəti 100 faizdən cəmi 85 faizə enə bilib, çünki qanaxma dayandırıla bilmirdi.
1821-ci ildə Afrikada tarixdə ana və körpənin sağ qaldığı ilk keysəriyyə əməliyyatını edən həkim: Ceyms ləqəbli Ceyms Miranda Barri idi. Çünki 1821-ci ildə qadın həkim olmaq çətin idi.
Fotodakı şəxs qadındır, amma ömür boyu özünü kişi kimi göstərməli və hər yeni günə qadın izlərini gizlədərək başlamalı idi. O tibb fakültəsinə daxil olub sonra orduda cərrah işləmişdir.
O, işində möcüzələr etmişdi. Britaniya ordusunda ikinci ən yüksək tibb vəzifəsi olan Hərbi Hospitalların Baş Müfəttişi rütbəsinə yüksəldi. O, göndərildiyi ölkələrdə təkcə yaralı əsgərlərin deyil, həm də qulların, məhbusların, ruhi xəstələrin həyat şəraitinin yaxşılaşdırılmasına çalışırdı.
O, əsəbi xasiyyəti ilə məşhur idi. Ölümündən sonra Florens Nightingale dedi ki, o, mənim indiyə qədər tanış olduğum ən sərt insandı. Onun bütün istedadlarına baxmayaraq yaşamalı olduğu həyatı nəzərə alsaq, bu çox başa düşüləndir.
Öləndə cənazəni dəfn üçün hazırlayan qadın yarım əsrlik bir yalanı kəşf edir: Dr. James əslində qadındır. Onun 50 il ölkə-ölkə gəzdiyi qara nökərindən başqa kimsə həqiqəti bilirmi, nə vaxtsa ürəyini tökübmü, bilinmir. Yalnız məlum olan odur ki, 1865-ci ildə bu parlaq, istedadlı və tənha qadın bütün sirləri ilə birlikdə dəfn edilib.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti