Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən
məlumata əsasən, Heydər Əliyev adına Hərbi İnstitutda Müdafiə Nazirliyi və
Gənclər və idman komitəsinin təşkilatçılığıyla Ümummilli Liderin anadan
olmasının 100 illiyinə həsr olunan kikboksinq üzrə “Heydər Əliyev” kuboku keçirilir.
Kikboksinq idman növünün yeniyetmə və gənclər arasında geniş yayılması
məqsədilə keçirilən yarışda ümumilikdə 622 idmançı 3 yaş kateqoriyasında
birincilik uğrunda mübarizə aparacaq.
Yarışlar may ayının 1-dək davam edəcək.
https://youtu.be/xXSuria2NaI