Teatrın xüsusi bir akustikası, zadəganlara xas cazibəsi var. Sanki bu qapıdan içəri girdikdə o sehrli dünya səni zadəganların dövrünə səyahətə aparır. Teatrın bir ruhu var. Kim ki, bu gün teatrın öldüyünü, insanların maraq dairəsindən kənarda qaldığını deyirsə, bu məkana baş çəkməli, həmin düşüncələrin tamamilə səhv olduğunu gözlərilə görməlidir.
vetennamine.az saytı xəbər verir ki,Opera və Balet Teatrında neçə-neçə mərhum sənətkarlarımızın ruhu dolaşır. Hansı ki, bu gün gənc xanəndələrimiz, balet artsitlərimiz onların ənənələrini davam etdirirlər.
Biz teatra qonaq olduğumuz zaman orada “Babək” tamaşasının məşqləri gedirdi. Aqşin Əlizadənin “Babək” baleti yeni quruluşda nümayiş olunurdu. Bu nümayiş xalq qəhrəmanının yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi ilə yanaşı, 44 günlük müharibədəki şanlı Zəfəri də ehtiva edir.