Azərbaycanda fəaliyyət göstərən Kiber Təhlükəsizlik Platforması

Kiber Təhlükəsizlik Platforması layihə meneceri, kibertəhlükəsizlik məsləhətçisi Şahin Alıyev Vetennamine.az saytına platforma və onun fəaliyyət sahəsi haqqında danışıb.
Vetennamine.az ekspertlə müsahibəni təqdim edir.
– Şahin bəy, Kiber Təhlükəsizilik Platforması nədir, nə zamandan fəaliyyət göstərir?
Kiber Təhlükəsizilik Platforması — İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində çox şaxəli fəaliyyət göstərən platforma quruluşdur. Kiber Təhlükəsizilik Platforması 2019-cu ildə kibertəhlükəsizlik sahəsində Azərbaycanda qurulmuş ilk sosial milli ictimai platformadır. platformanın yaranma məqsədi dövlətçiliyi və dövlətin milli meyarlarını rəhbər tutaraq, Azərbaycanın bu sahədə inkişafına bütün gücü ilə dəstək olmaqdır. Qısa müddət ərzində müxtəlif mövzuları, araşdırmaları və bu sahədə düşünməyi, öyrənməyi və öyrətməyi gənclərə aşılayan əsas təhsil layihəsindən biridir.
– Şahin bəy, qeyd etdiniz ki, bu layihə təhsil layihəsidir. Əsasən hansı ixtisasın sahibləri Sizə müraciət etməlidir? Ümumiyyətlə ilkin biliklər tələb olunurmu?
Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin, eyni zamanda qazilərimizin övladlarının layihə çərçivəsində öncəliyi və öhdəliyi əsas prioritet məqsədlərindən birinə çevrilmişdir. Dünyada da artıq baş verən dövlətlərarası texnologiya inkisafinda, həmçinin də texnoloji kiber insidentlər, Kiber və ona bağlı sahələrın inkişaf etməsi, bu sahədə də mütəxəsisslərin yetişməsinə zərurət vermişdir. Təsis olunduğu gündən mövqeyindən və mövcud statusundan asılı olmayaraq bu sahədə irəliləmək istəyən gənclərə imkanlarını təkmilləşdirmək üçün bir araya toplamışdır.
Yerli mühəndislərin bir araya gələrək, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması bu sahəyə yönəlmiş maraq dairələrinin icmalının təşkilinə istiqamət vermək,onları dəstəkləmək şirkətin əsas fəaliyyətlərindən biridir. Tərkibində 10 əsas idarə heyəti, İT və Kiber mütəxəssisləri,eyni zamanda 104 aktiv üzv və 305 ictimai fəali birləşdirən layihə, birgə olaraq gənclərin boş zamanlarını səmərəli təşkil etmək və fərdi inkişafına yönəlmiş bir sıra imkanlarını sərgiləyərək, onların karyera və təcrübələrinin artırılması istiqamətində layihələrə cəlb edir.Bununla belə tərkibində qurulduğu gündən müəyyən layihələrlə gənclərin inkişafına təkan vermişdir.
– Kiber Təhlükəsizlik Platforması gənclərə daha hansı imkanları təklif edir?
Kiber Təhlükəsizlik Platformasının gənclərə təqdim etdiyi digər imkanlardan biri də Platforma üzvlük fəaliyyətidir. Elektron formatda üzvlük form ərizəsini doldurmuş hər bir istifadəçi,formu təsdiqləndikdən sonra Platforma üzvü sayılır. Paralel olaraq həmin istifadəçi ödənişsiz olaraq üzvlüyün mövcud platforması imkanlarından yararlanır.Bununla belə qurumun online və ya ənənəvi olaraq təşkil etdiyi hər bir layihədə, aktiv fəaliyyətdə iştirak edə bilər.
– Ətraflı cavablarınız üçün təşəkkür edirəm, Şahin bəy.

 

Hazırladı

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.