Kiber təhlükəsizlik maarifləndirmə ayı dünyada xüsusi tədbirlərlə qeyd olunan zaman, özkəmizdə də bir sıra silsilə tədbirlər ilə yadda qaldı. Belə layihələrin icra olunmasında məqsəd ölkəmizdə baş verən Kiber təhdidlərlə mübarizədə cəmiyyətin məlumatlı olmasıdır.
Publika.az xəbər verir ki, bu sözləri Kiber Təhlükəsizlik Platformasının təsisçi rəhbəri və icracı direktoru Şahin Alıyev deyib. Ekspert bildirib ki, Kiber Təhlükəsizlik Platformasının təşəbbüsü ilə 20-23 Oktyabr tarixləri arasında “Kiber Təhlükəsizlik Zirvəsi 2021” adlı proqramını həyata keçirilib.
Zirvənin məqsədi, gənclərin bu sahəyə olan marağının artırılması və kibertəhlükəsizlik təcrübəsinin artırılmasıdır. Bu layihəyə Kibertəhlükəsizlik sahəsində öz sözünü demiş bir sıra yerli və xarici mütəxəssislər dəvət olunub. Tədbirin əsas hissəsində hər bir vətəndaşın başına gələ biləcək real kiber hücumlar və onlarla mübarizə formaları video və foto təlimatlandırma şəklində nümayiş edilib. Əsasən zərərli proqramların ifşası, karyera və akademik təcrübələr barəsində çıxışlar olub.
Şahin Alıyev bildirib ki, Kiber Təhlükəsizlik Platforması hər zaman bu sahədə gənclərimə dəstək olmağı, onlara yol göstərməyi qarşısına məqsəd qoyub: “Düşünürəm ki, bu kimi tədbirlərin həyata keçirilməsi, gələcəkdə ölkəmizdə həmin sahədə fəaliyyət göstərən qurum və təşkilatları tərəfindən aktiv şəkildə dəstəklənəcək. Gələcək günlərdə Kiber Təhlükəsizlik Platforması rəhbərliyi altında bu sahənin regionlar üzrə də gənclərimizin müxtəlif istiqamətlərdə biliklərinin artırılması, informasiya təhlükəsizliyi və o cümlədən zərərli proqramlardan qorunma metodlarının öyrədilməsi istiqamədində bir sıra tədbirlər həyata keçiriləcək”.
Zirvənin sonunda bu layihədə iştirak edən hər bir gəncə sertifikat və xüsusi hədiyyələr təqdim edilib.