Karbohidratlar Haqqında Bilməli Olanlar
Sağlamlığımızı qorumağa imkan verən maddələrin başında olan karbohidratlar kifayət qədər miqdarda qəbul edilmir, orqanizmin funksiyaları pozulur. Karbohidratların funksiyaları, faydaları və daha bir çox təfərrüatları məqaləmizdə tapa bilərsiniz.
Karbohidrat nədir? Onun xüsusiyyətləri nələrdir?
Karbohidratlar karbon, hidrogen və oksigen atomlarından ibarət molekullardır. Bədəndəki sistemlərin düzgün işləməsi üçün əsas enerji mənbəyi kimi istifadə olunur.
Bədənimiz enerji ehtiyacını qarşılamaq üçün karbohidratlardan istifadə edə bilmirsə, lazım olan enerjini zülalları yandıraraq qarşılayır. Bu, bədəndə əzələ itkisinə səbəb olur. Bu səbəbdən idmançılar məşq etməzdən əvvəl tərkibində yüksək miqdarda karbohidrat olan qidalar qəbul edirlər. Beləliklə, məşqdə yandırdıqları kalorilərin əzələ itkisinə səbəb olmasının qarşısını alırlar.
Karbohidrat istehlakı bədənin əsas ehtiyaclarından biridir. Yetkinlərin gündəlik qida rasionunda ən azı 100-125 qram karbohidratlara ehtiyacı var. “1 q karbohidratda nə qədər kalori var?” sualı arıqlamaq istəyənlərin marağına səbəb olur. Sualın cavabı 4 kaloridir. Karbohidratlarla zəngin qidaların qəbulu orqanizmin ehtiyacından daha çox kalori ilə yüklənməsi və nəticədə çəki artımı deməkdir.
Arıqlamaq istəyənlər qida rasionunda karbohidratların miqdarını azaldırlar. Lakin karbohidratların orqanizmə lazım olan miqdardan aşağı qəbulu əzələ itkisi ilə zəifləməyə səbəb olur. Bu, bədəndə sallanmalara və sağlamlıq problemlərinə səbəb olur.
Balanslaşdırılmış qidalanmada karbohidratların əhəmiyyəti göz ardı edilməməli, əzələ quruluşunu qorumaq üçün kifayət qədər miqdarda karbohidrat qəbul edilməlidir. Karbohidratlar və zülallar lazımi miqdarda qəbul edildikdə, çəki asan və sağlam şəkildə itirilə bilər.
Karbohidratların növləri hansılardır?
Karbohidrat növləri qısaca qlükoza, nişasta, sellüloza və glikogen kimi müəyyən edilə bilər. Qəbul etdiyimiz qidalardakı bu maddələr orqanizm tərəfindən parçalanaraq enerjiyə çevrilir. Karbohidratların ən diqqətçəkən xüsusiyyəti həm enerji mənbəyi, həm də canlılar üçün tikinti materialı olmasıdır.
Karbohidratların həzmi necə baş verir?
Yemək zamanı qəbul etdiyimiz karbohidratların həzmi ağızda başlayır, karbohidratların sorulması isə nazik bağırsaqda baş verir. Karbohidratlar da bağırsaq hərəkətlərini artıraraq tam həzm etməyə kömək edir. Karbohidratlar həzm olunan maddələrin bədəndən çıxarılmasını asanlaşdırır. Faydalı karbohidratlar və zülallar həzm sisteminə müsbət təsir göstərir.
Təkcə həzm sistemi deyil, bütün sistemlər üçün zəruri olan karbohidratlar xəstəliklərin qarşısını alır. İmmunitet sisteminin düzgün işləməsini təmin etmək karbohidratların vəzifələrindəndir.
Həlimə Əliyeva