Kənd təsərrüfatı sahələrində saysız-hesabsız həşərat var. Onların bəziləri kənd təsərrüfatı məhsulları üçün faydalı, bəziləri isə zərərlidir. Amma sonda onların heç biri insanlar üçün işləmir, öz həyatlarını davam etdirməyə çalışan varlıqlardır. Məhz insan ən zərərlilərini məhv etmək istəyir ki, kənd təsərrüfatı torpaqları zənginləşsin. Ancaq təkamül, xüsusən də trilyonlarla böcək fərdlərinin və bəlkə də milyonlarla fərqli populyasiyanın yaşadığı əkinçilik sahələri kimi nəhəng ərazilərdə asanlıqla yan keçə biləcək bir şey deyil.
İnsan həmişəki kimi “məhv” üsuluna üstünlük verir və bu canlıların sinir sistemini iflic edəcək və ya zəhərləyəcək qazlardan istifadə edərək bununla mübarizə aparmağa çalışır. İstehsal edilən DDT kimi məşhur kimyəvi maddələr adətən yalnız bir növ həşəratın ümumi xüsusiyyətləri (sinir sistemləri, reseptorlar, hüceyrə quruluşu, biokimyəvi xüsusiyyətlər və s.) ilə müəyyən edilir. Halbuki hər canlıda olduğu kimi, təkamülün müxtəliflik mexanizmləri sayəsində böcəklər arasında da böyük bir müxtəliflik vardır.
DDT kimi dərmanlar ətraf mühitə səpildikdə, növlərin içərisində orta xüsusiyyətlərə malik bütün böcəklər əslində ölür və aqronomlar həşəratlardan xilas olduqlarını düşünürlər. Lakin bir neçə aydan sonra eyni və ya oxşar həşəratların sayı birdən-birə artır, çünki köhnə növün içindəki hər bir fərd DDT-dəki kimyəvi maddələrə eyni dərəcədə davamlı deyildir. Bəziləri təsadüfən onlarda mövcud olan genetik fərqlərə görə DDT-yə davamlıdır və sağ qalırlar. Onların çoxalması və başqalarının ölümü nəticəsində onlarda DDT müqavimətini təmin edən genlər populyasiya daxilində sürətlə yayılır. Bu səbəbdən sonrakı dövrdə DDT tətbiq edildikdə, demək olar ki, heç bir böcək ölmədiyi, ya da əvvəlki vəziyyətdə olduğundan çox daha az öldüyü müşahidə edilir. Çünki davamlı fərdlər öz aralarında çoxalsalar da müəyyən nisbətlərdə genetik birləşmələrə görə davamlı olmayan fərdlər də doğula bilər. Bu davamlı olaraq davam etdikdə, DDT və müxtəlif növ dərmanlara qarşı müqavimət qazanan populyasiyalar və nəsillər yaranır.
Bəzi insanlar buna “təkamül yox, uyğunlaşma” kimi qiymətləndirirlər. Halbuki, kimyəvi maddələrin çeşidi və sayı artırıldıqca və bu proses davam etdikcə həşəratların fərqli xüsusiyyətləri kimyəvi müqavimətləri ilə birlikdə getdikcə fərqliləşəcək və əldə edilən fərdlər, əgər hələ də yaşayırlarsa, o qədər fərqli olacaqlar ki, ilk başlanğıcdakı fərdlərlə cütləşə bilməyəcəklər. Bu isə təkamüldür.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti