Qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların sayı artıq 13000-i ötür.Azərbaycandan Türkiyəyə dövlət tərəfindən şirkət və əhalidən dəstək davam edir.Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin şəhər və rayon filiallarının üzvləri , Sosial Sahibkarlığın İnkişafı və Təlim Mərkəzi MMC-nin əməkdaşları bugün də Qardaş Köməyi Platformasına qoşularaq ərazilər üzrə yerləşən məntəqələrə yardımları davam etdirirlər.Ən qürurverici hallardan biri də odur ki , insanlar dəstək olmaq üçün evlərində olan istifadə belə olunmamış əşyaları , gənc qızlar cehizlik dəstlərini yardım üçün təqdim edirlər.Bunlardan biri ilə bugün vetennamine.az saytının baş redaktoru Aris Məmmədov yardım məntəqəsində Məsumə Hüseynovadan müsahibə götürmüşdür. ” O bildirib ki ,bu çətin günlərdə Türkiyədə baş vermiş zəlzələdə insanların taleyinə biganə qala bilmərik. Bacardığımız qədər onlara dəstək üçün buradayıq və mən də üç ədəd yorğan həmçinin yeni aldığım üst geyimlərini yardım üçün gətirmişəm ” .
Azərbaycan belə vətənpərvər vətəndaşları ilə fəxr edir !
Həlimə Əliyeva
Vətən Naminə Mətbuat Xidməti













