İyunun 9-a olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava  şəraiti əsasən yağmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz  25-29° isti olacaq.

Bakıda gecə 19-21° isti, gündüz  27-29° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 50-60  % olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  31-36° isti, dağlarda gecə  8-13° isti, gündüz 17-22° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.