İyunun 7-ə olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava  şəraiti dəyişkən buludlu,

əsasən yagmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi  gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz  25-29° isti,

Bakıda gecə 20-22° isti, gündüz  27-29° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755  mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.   Nisbi rütubət 55-60  % olacaq.

Azərbaycanın rayonlarında

Şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  30-35° isti, dağlarda gecə  8-13° isti,  gündüz  18-23° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.