İyunun 3-ə olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraiti  yağmursuzkeçəcək.

Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz  29-34° isti olacaq.

Bakıda gecə 20-22° isti, gündüz  32-34° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında

Əksər rayonlarda əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz  32-37° isti, dağlarda gecə  8-13° isti, gündüz  20-25° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.