İyunun 23-ə olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər  bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz  30-34° isti olacaq.

Bakıda gecə 20-22° isti, gündüz  30-32° isti olacaq.

Atmosfer təzyiqi  748  mm civə sütunundan 756 mm civə sütununa  yüksələcək.  

Nisbi rütubət  60-65  % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti,

dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.