İyulun 1-ə olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Mülayim şimal-qərb küləyi  arabir güclənəcək.  

Havanın temperaturu gecə 20-23° isti, gündüz  30-34° isti olacaq.

Bakıda gecə 21-23° isti, gündüz  32-34° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət  50-55  % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Mülayim şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar olaraq əhalinin diqqətli olması tövsiyyə olunur.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Azərbaycanın rayonlarında

Əksər rayonlarda əsasən yağmursuz. Lakin  gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti, dağlarda gecə8-13° isti, gündüz 18-23° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.