İyulun 7-ə olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti,

Bakıda gecə 21-23° isti, gündüz  31-33° isti olacaq.

Atmosfer təzyiqi  761 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət  50-55  % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə  şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.