İyulun 28-ə olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  

əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-33° isti,

Bakıda gecə 22-24° isti, gündüz  31-33° isti olacaq.  

Atmosfer təzyiqi  758 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət  60-70  % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar əhalinin  ehtiyatlı olması tövsiyə olunur.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz  17-22° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.