İyulun 27-ə olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Gündüz havanın arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti,

Bakıda gecə 21-23° isti, gündüz  32-34° isti olacaq.  

Atmosfer təzyiqi  755 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət  55-60  % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz  17-22° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.