İyulun 26-a olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Mülayim cənub  küləyi əsəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-33°  isti,

Bakıda gecə 22-24° isti, gündüz  30-32° isti olacaq.

Atmosfer təzyiqi  757 mm civə sütunu təşkil edəcək.  

Nisbi rütubət  60-65  % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Mülayim cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz  15-20° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.