Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti , dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.