İyulun 15-ə olan hava proqnozu

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında hava şəraitiyağmursuz keçəcək.

Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti,

Bakıda gecə 25-27° isti, gündüz  34-36° isti olacaq.

Atmosfer təzyiqi  758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  50-55  % olacaq.

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyyə olunur.

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Azərbaycanın rayonlarında

Yağmursuz. Lakin gecə və səhər Böyük Qafqaz zonasının şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42°isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.