İsrail Prezidenti İsxak Hersoq Azərbaycan səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
vetennamine.az sayti “Report”-a istinadən xəbər verir ki, bu barədə israilli siyasətçi tviterdə yazıb.
“Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanın İsraildəki birinci səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsi münasibətilə təbrik edirəm! Bu təyinat diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz üçün mühüm məqamdır”, – İsrail lideri sosial şəbəkədə qeyd edib.