Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, mərkəzin icra etdiyi proqram üzrə işləyənlərdən hazırda 8 min nəfərini həmin kateqoriyalardan olan vətəndaşlar təşkil edir.
“İşsizin DOSTu” proqramı çərçivəsində 56 min ictimai iş yeri mövcuddur və onların böyük əksəriyyəti ölkəmizin regionlarındadır. Proqrama cəlb olunan hər bir şəxslə əmək müqaviləsi bağlanıb ki, bu da işə cəlb edilənlərin gələcək əmək və sosial təminat hüquqlarının formalaşmasına əsas yaradır.
Vətən Naminə Mətbuat Xidməti