VETENNAMİNE.AZ xarici mediaya istinadən xəbər verir ki, İsrailin həyata keçirdiyi hava zərbələri Qəzzada sağalmaz yaralar açır. HƏMAS oktyabrın 7-də Əqsa tufanı əməliyyatına başladıqdan sonra Qəzzaya atılan bombalar şəhəri demək olar ki, məhv etdi. Birləşmiş Millətlər Təşkilatının oktyabrın 14-də dərc etdiyi məlumata görə, hücumların ilk həftəsində 1300 bina və içəridəki 5 min yaşayış evi, Al Jazeera English-in məlumatına görə isə 22 mindən çox yaşayış evi dağıdılıb.
Hücumlar başlayan 7 oktyabrdan əvvəl və sonra Fələstinli fotoqrafın eyni yerdən çəkdiyi fotoşəkillər dağıntıları üzə çıxarıb. Yüzlərlə insanın yaşadığı bu binalar İsrailin hava hücumları nəticəsində gün ərzində dağıdılıb.
Vətən Naminə Mətbuat Xidməti