VETENNAMİNE.AZ xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın dinc israillilərə qanlı hücumlarından sonra İsrailin Fələstin təşkilatına qarşı intiqam kampaniyasında dünyanın gözü qarşısında fələstinlilərə qarşı qırğın yaşanır. Hürriyyətdən Nilgün Tekfidan Gümüşün məqaləsi…
İsrail rəsmiləri Qəzzaya qarşı “Dəmir Qılınc” əməliyyatının başlanğıc olduğunu desələr də, İsrailin Qəzzada nə etməyə çalışdığı, bunun nə qədər uzağa gedə biləcəyi və son məqsədin nə olduğu mübahisələr yaradır.
İSRAİL-in əsas məqsədlərindən biri oktyabrın 7-də HƏMAS tərəfindən girov götürülən təxminən 200 israilli və əcnəbini xilas etməkdir. Həmas mesajını verir ki, o, yalnız İsraildə saxlanılan fələstinlilərlə saxladığı girovları dəyişdirə bilər. Netanyahu administrasiyası deyir ki, əsas məqsəd “Həması məhv etmək”dir. Ehtiyatda olan 300 min əsgər xidmətə çağırıldığı halda, İsrail mətbuatında quru əməliyyatının niyə başlamadığına dair təhlillər yer alır. Çünki İsraildə HƏMAS-ın törətdiyi cinayətlərin qisasını almaq istəyən güclü qrup var.
ABŞ-DAN GÜÇLÜ DƏSTƏK
İSRAİL ictimaiyyəti ötən gün müharibənin ortasında ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Benyamin Netanyahunu qucaqlamasını Vaşinqtonun hər cür dəstəyə hazır olması kimi şərh edir. Əslində ABŞ Administrasiyasının 10 milyard dollarlıq nəhəng paketlə İsrailə dəstək verməyə hazırlaşması və iki təyyarədaşıyan gəmidən sonra 6-cı Donanmanın komanda gəmisi Mount Whitney-i bölgəyə göndərməsi kimi qəbul edilir. İsrail üçün boş çek.
Vətən Naminə Mətbuat Xidməti