VETENNAMİNE.AZ xarici mediaya istinadən xəbər verir ki, bölgədə can itkisi artarkən, Livan sərhədində də qaynar inkişaflar yaşanır. İsrail Hizbullahın mövqelərini vurduğunu və əsgərlərindən birinin öldüyünü açıqlayıb. Bu inkişafın ardınca dünyanın gündəmində olan İsraildən ‘ultimatum’a bənzər bir xəbərdarlıq gəldi.
İsrailin Qəzzaya hücumları aramsız olaraq davam edir. İsrail Müdafiə Qüvvələri (IDF) blokadaya alınan əraziyə qurudan və havadan bombalar yağdırır. Qəzzada humanitar vəziyyətin hər keçən dəqiqə daha da pisləşdiyi bir vaxtda İsraildən verilən açıqlama müharibədə ikinci cəbhənin açılıb açılmayacağı sualını bir daha gündəmə gətirib.
İsrail Hizbullahın müharibəyə girəcəyi təqdirdə atacağı addımları açıqlayıb.
İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbi Hizbullahı ikinci cəbhədə müharibəyə başlamamaq barədə xəbərdar edib və əgər bu baş verərsə, Livanı məhv edəcəyi ilə hədələyib. İsrail Silahlı Qüvvələrinin sözçüsü polkovnik-leytenant Peter Lerner, ‘Son bir neçə gündə Hizbullahla sərhəddə çoxlu toqquşmalar yaşadıq’ dedi və Hizbullahın müharibə astanasını keçmək üçün çox diqqətli olması lazım olduğunu söylədi. General Daniel Hagari Livanın cənubundakı Hizbullah qüvvələrinə hücuma davam etsələr, dağıdıcı nəticələrlə üzləşəcəkləri barədə xəbərdarlıq edib.
“Hizbullah İsrailə Qəzzada apardığı müharibədə meydan oxumaq üçün Şimal sərhədində gərginliyi artırır və bunu İranın dəstəyi və göstərişi ilə edir, Livan və onun vətəndaşlarını təhlükə altına alır”, – Həcəri bildirib.
Vətən Naminə Mətbuat Xidməti