VETENNAMİNE.AZ xarici mediaya istinadən xəbər verir ki, mühasirədə olan Fələstin anklavında humanitar fəlakətin baş verəcəyi qorxusu ilə İsrail hava hücumları ardıcıl altıncı gündür Qəzza zolağına zərbələr endirir.
İsrail cümə axşamı bildirib ki, son altı gündə Qəzzaya 4000 ton ağırlığında 6000 bomba atıb və nəticədə 1400-dən çox insan həlak olub.
Qəzza rəsmiləri ölənlərin 447-nin uşaq, 248-inin qadın və 10-unun tibb işçisi olduğunu bildirib. Təkcə cümə axşamı günü 150-dən çox insan həlak olub.
Yarısı uşaq olmaqla 2,3 milyon insanın yaşadığı Qəzzada bütün məhəllələr davamlı bombardmanlar nəticəsində dağıdılıb, 338 min fələstinli evlərini tərk edərək sığınacaq tapmağa məcbur olub.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, işğal altındakı İordan çayının qərb sahilində ölənlərin sayı da 31-ə çatıb, 600-dən çox insan isə yaralanıb.
Vətən Naminə Mətbuat Xidməti