Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, növbəti belə tədbirlər Tərtər rayonunun Suqovuşan və Talış kəndlərində keçirilib.Tədbirlərdə həmin ərazilərdə fəaliyyət göstərən 6 müəssisənin 200 nəfərədək rəhbər və işçi heyəti iştirak edib. Onlara “İş yerlərində əməyin mühafizəsi” və “Mina təhlükəsizliyi” mövzularında ətraflı məlumatlar verilib, sualları cavablandırılıb.
Həmçinin iştirakçılara qeyd olunan mövzularda yaddaş kitabçası və bukletlər təqdim edilib.
İşğaldan azad olunmuş digər ərazilərimizdə bu mövzularda təlimlərin keçirilməsi qarşıdakı dövrdə də davam etdiriləcək.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti