Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, birdəfəlik müavinət elektron sistem üzərindən proaktv qaydada, yəni həmin işçilərin müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan həyata keçirilir.
Qeyd olunan birdəfəlik müavinətin təyinatı Prezident İlham Əliyev tərəfindən imzalanmış qanunvericilik aktları ilə həmin ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislər üçün nəzərdə tutulan sosial dəstək tədbirlərindən biridir.
Əmək Məcəlləsinə əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan, azad edilmiş ərazilərimizdə əmək müqaviləsi əsasında işləyən işçilər aiddir.
İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərə birdəfəlik müavinət verilməsi ilə yanaşı, onların aylıq vəzifə maaşlarına əlavələr hesablanması və onlara hər il 5 gün əlavə məzuniyyət verilməsi də nəzərdə tutulub.
Vətən Naminə Mətbuat Xidməti