Azərbaycanın qədim şəhəri, müvəqqəti Ermənistanın paytaxtı olan İrəvanda Respublika meydanından “erməni soyqırımı” qurbanlarının xatirəsinə məşəl yürüşü başlayıb
Azərbaycanın qədim şəhəri, müvəqqəti Ermənistanın paytaxtı olan İrəvanda Respublika meydanından “erməni soyqırımı” qurbanlarının xatirəsinə məşəl yürüşü başlayıb. Ermənistan mətbuatına istinadən vetennamine.az saytı bu barədə məlumat verir.
Yürüş “Daşnaksütyun” partiyası tərəfindən təşkil edilib. Yürüşdən əvvəl Respublika meydanında mitinq təşkil edilib. Mitinqdə Türkiyə və Azərbaycanın əleyhinə təhqiryani bəyanatlar səslənib. Siyasətçi İşxan Saqatelyan və ölkənin 3-cü prezidenti Serj Sarkisyan mitinqə qatılıblar. Ermənistan mətbuatının yaydığı məlumata əsasən dövlət və hökumət rəsmilərinin yürüşə qatılmayıblar.
Yürüşün gedişini bir sıra erməni media agentlikləri sosial şəbəkələrdə birbaşa olaraq yayımlayıblar. Yürüş zamanı bir neçə iştirakçı Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.
Bu xoşa gəlməz və təxribat xarakterli tədbir haqqında Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev saytımıza müsahibə verib.
Mehdi müəllimin bildirdiyinə görə Ermənistan və Azərbaycan arasında münaqişə tarixən olub və ermənilər öz havadarlarının köməyi ilə bəzi məqsədlərinə nail ola biliblər. Azərbaycan Silahlı Qüvvələrrinin Ali Baş Komandanı İlham Əliyev cənabları ermənilərin xəyallarını puç etdi və son iki yüz ildə itirilən torpaqların əsas hissəsini düşmən işğalından azad edərək Ermənistan dövlətini kapitulyasiya aktına imza atmağa məcbur etdi. Son zamanlar iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə səylərin davam etdirildiyi bir vaxtda belə təxribatların həyata keçirilməsi bəzi qüvvələrin prosesə zərbə vurmaq istəyindən irəli gəlir. Saqatelyan və Sarkisyanın Azərbaycana qarşı siyasətçilər olduğunu nəzərə alsaq, belə bir təxribatın onların qatıldığı yürüş zamanı baş verməsi heç kimdə təəcüb yaratmır. Ermənistan əgər bir dövlət kimi mövcudluğunu qoruyub saxlamaq istəyirsə belə təxribatların qarşısını qətiyyətlə almalıdır, əks halda qədim İrəvan şəhəri başda olmaqla digər Azərbaycana məxsus ərazilər “Dəmir Yumruq” vasitəsi ilə öz əzəli sahibinə qaytarılacaq.z
Yürüş “Daşnaksütyun” partiyası tərəfindən təşkil edilib. Yürüşdən əvvəl Respublika meydanında mitinq təşkil edilib. Mitinqdə Türkiyə və Azərbaycanın əleyhinə təhqiryani bəyanatlar səslənib. Siyasətçi İşxan Saqatelyan və ölkənin 3-cü prezidenti Serj Sarkisyan mitinqə qatılıblar. Ermənistan mətbuatının yaydığı məlumata əsasən dövlət və hökumət rəsmilərinin yürüşə qatılmayıblar.
Yürüşün gedişini bir sıra erməni media agentlikləri sosial şəbəkələrdə birbaşa olaraq yayımlayıblar. Yürüş zamanı bir neçə iştirakçı Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar.
Bu xoşa gəlməz və təxribat xarakterli tədbir haqqında Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev saytımıza müsahibə verib.
Mehdi müəllimin bildirdiyinə görə Ermənistan və Azərbaycan arasında münaqişə tarixən olub və ermənilər öz havadarlarının köməyi ilə bəzi məqsədlərinə nail ola biliblər. Azərbaycan Silahlı Qüvvələrrinin Ali Baş Komandanı İlham Əliyev cənabları ermənilərin xəyallarını puç etdi və son iki yüz ildə itirilən torpaqların əsas hissəsini düşmən işğalından azad edərək Ermənistan dövlətini kapitulyasiya aktına imza atmağa məcbur etdi. Son zamanlar iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə səylərin davam etdirildiyi bir vaxtda belə təxribatların həyata keçirilməsi bəzi qüvvələrin prosesə zərbə vurmaq istəyindən irəli gəlir. Saqatelyan və Sarkisyanın Azərbaycana qarşı siyasətçilər olduğunu nəzərə alsaq, belə bir təxribatın onların qatıldığı yürüş zamanı baş verməsi heç kimdə təəcüb yaratmır. Ermənistan əgər bir dövlət kimi mövcudluğunu qoruyub saxlamaq istəyirsə belə təxribatların qarşısını qətiyyətlə almalıdır, əks halda qədim İrəvan şəhəri başda olmaqla digər Azərbaycana məxsus ərazilər “Dəmir Yumruq” vasitəsi ilə öz əzəli sahibinə qaytarılacaq.