İran hərbi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına bildiriblər :

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələrindən ibarət mütəxəssis heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları önünə gül dəstələri düzüblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.