İntihara YOX

Son zamanlar intihar halları çoxalmaqdadır. Əsasən də belə hallar qazilər arasında yer alıb.Bununla bağlı 14 iyul 2022-ci il tarixində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinin konfrans zalında tədbir keçirilmişdir.Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, “Dəmir Yumruq Alfa-A” cəmiyyətinin prezidenti Ülviyyə Vaqifqızı,Milli Qəhrəmanları tanıtma ictimai birliyinin sədri Elşən Uluxanlı, Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin nümayəndəsi Füzuli Kərimov ,Qarabağ Əlilləri və Veteranları  ictimai birliyinin sədri Növrəstə Yusifova ,Vətəndaşların Sosial Rifahı Naminə ictimai birliyinin sədri İradə Rizazadə,Şəhid ailə üzvləri və KİV nümayəndələri iştirak etmişlər.Tədbir Şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad etməsi ilə başladı. Mehdi Mehdiyev öz çıxışında tədbir iştirakçılarına son zamanlar qazilər arasında intihar hallarının artması ilə əlaqədar heyfsləndiyini bildirdi.Müharibədə iştirak edən hərbi qulluqçuların əksəriyyəti təxris olunduqdan sonra müharibə sindromu diaqnozu adlanan ağır xəstəliyə düçar olurlar. Bu xəstəliyi müalicə etmək üçün lazımi səviyyədə psixoloji yardım göstərilmir.Üstəlik bu insanlar əlavə olaraq işsizliklə rastlaşır, öz ailələrinin problemlərini həll etmək iqtidarında olmurlar və nəticədə çıxış yolu kimi özlərinə qəsd edirlər.Qazi qalib ordunun əsgəri deməkdir.Bu adı qazanan bizim igid hərbiçilərimiz intihara son qoymalıdır və onların hüquqlarını müdafiə edən ictimai birliklər, təşkilatlar bir araya gəlib, intihara səbəb olan məsələlərin həlli üçün aidiyyatı qurumlara müraciət etməli, qazilərə mənəvi dəstək göstərməlidirlər.

Ülviyyə Vaqifqızı çıxışında Şəhid valideynlərinə müraciətedərək onların qazilərə intiharı çıxış yolu seçməmələri üçün müraciət etmələrini xahiş etdi.Əlavə olaraq bu işdə rəhbərlik etdiyi cəmiyyətin bütün resurslarından istifadə edərək intiharın qarşısını almaqdan ötrü əlindən gələni edəcəklərini bildirdi.

Elşən Uluxanlı çıxışında qaziləri intihara çatdıran məmurların, günahkar şəxslərin cəzalandırılması üçün və bir daha belə halların təkrar olunmaması üçün dövlət başçısına müraciət etməyi təklif etdi.

Çıxış edən Şəhid valideynləri qazilərə müraciət edərək intihara son qoymalarını xahiş etdilər.Bundan əlavə təklif etdilər ki,qazilərə dövlət qayğısı artırılmalıdır.Qanunda olan boşluqlar ictimaiyyətlə birlikdə müzakirə edilərək Milli Məclisə təqdim edilməlidir.

Tədbirin sonunda hərb yönümlü ictimai birliklərin, təşkilatların bir daha bir araya gəlib intihara son qoyulması üçün onun səbəblərini müzakirə edərək dövlət başçısına müraciət hazırlanması təklif olundu.

 

Aris  Məmmədov

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.