Vetennamine.az saytının müxbiri Həlimə Əliyevanın verdiyi məlumata əsasən , 13.01.2023-cü il tarixində Azərbaycan Vətənpərvərlər partiyasının və Varis Şəhid ailələrinə , qazilərə qayğı ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri ,Veteranları və Şəhid Ailələri ictimai birliyinin qərargahında “İntihar çıxış yolu deyil ” adlı layihə keçirilmişdir.Layihənin məqsədi postmüharibə dövründə qazilərin intiharının qarşısını almaq məqsədi ilə təşkil olunmuşdur.
Tədbirdə partiya sədri , deputatlar , ƏƏSMN-nin nümayəndələri ,Şəhid ailələri, Qazilər , QHT sədrləri , tanınmış ictimai xadimlər və yerli İcra hakimiyyətinin nümayəndələri iştirak etmişlər.
Layihədə çıxış edən şəxslə qazilərin intihar etmək fikrindən yayınması , yaşamalı və yaşatmaları fikirlərini səsləndirmişlər.
Layihə bir çox media nümayəndələri tərəfindən canlı olaraq paylaşılmışdır.
Veten Namine Mətbuat Xidməti














