İntensiv ingilis dili kursunu bitirən məzunlara sertifikatlar təqdim olunub

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda intensiv ingilis dili kursunun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib.
Buraxılış mərasimində çıxış edən general-leytenant Heydər Piriyev, ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer və digər qonaqlar kursu müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb, ingilis dilinin öyrədilməsində əməyi olan müəllimlərə təşəkkürlərini bildiriblər.
Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.