İnsan resursları nədir?

İnsan resursları – təşkilatın və ya müəssisənin istehsal və xidmət sahələri üzrə qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə etdiyi əsas resurslardan biridir.İnsan istehsal prossesinin ayrılmaz hissəsi olmaqla yanaşı, eyni zamanda onun hədəfidir.

İnsan resurslarının idarə edilməsi anlayışı ilə əlaqədar müxtəlif yazılar, izahlar mövcuddur. Onlardan biri də belədir :

İnsan resurslarının idarə edilməsi anlayışı özündə, biznesin ən vacib qaynağı olan insan gücünün, müəyyən olunmuş hədəflər istiqamətində ən uyğun və ən səmərəli formada istifadəsini əhatə edən bütün metod, üsul və vasitələri özündə birləşdirir.

Bu mövzuda öyrənilməsi vacib olan digər məsələ insan resurslarının finksiyalarıdır.

Bu gün insan resurslarının funksiyaları qısaca belə təsnif edilir; Planlaşdırma, təşkilatçılıq, rəhbərlik və nəzarət kimi idarəetmə funksiyalarını idarə edərkən, praktikada diqqətlə idarə olunmalı əməliyyat funksiyaları da var. 7 əsas funksiya uğurlu insan resurslarının idarə olunması üçün əvəzolunmazdır və bir zəncirin halqaları kimi düşünülə bilər.

Həmin funksiyalar: Seçmə və yerləşdirmə; Personal və əmək qanunlarına uyğunluq; Oriyentasiya və inteqrasiya; Kompensasiya İdarəetməsi; Performansın idarə olunması; Karyera idarəetməsi; Təlim və inkişafın idarəedilməsi.

İşçi heyəti və əmək qanunvericiliyinə riayət edilməsinin vazgeçilməz olduğu halda, iş idarəçiliyinin əsas gözləntiləri performans artımı və ya davamlı performansdır.

Birinci hissə daha bürokratik və qaydalarla işləsə də; İkinci hissə sosial elmlər və İnsan resurslarının idarəedilməsinin yanaşmasının gündən-günə yeni metodlar axtardığı və daim inkişafda olduğu bitməyən bir prosesdir. Bununla birlikdə, “performansın inkişafı və davamlılığı” yuxarıdakı 7 əsas funksiyanın tam və düzgün həyata keçirilməsindən asılıdır.

Misal üçün; Bir vəzifənin düzgün başa düşülməsi, bu vəzifəyə uyğun ixtisasların düzgün təhlili, bu keyfiyyətlərə uyğun namizədlərə görüş imkanı, işəgötürən markası, namizədlərlə görüşmə prosesi, qiymətləndirmə testləri, işə düzəlmə və bundan sonra ilk 6 ay quruma bacarıqların qazandırılması baxımından çox dəyərlidir, ancaq bu kifayət deyil. İşçinin performansı; Layiq olduğu əmək haqqını almaq, sistemli şəkildə təhsil və inkişafını təmin etmək, imkanlar verməklə potensialını sərgiləməsi, inkişafını geribildirim ilə təsdiqləmək, fəaliyyətini mütəmadi olaraq ölçmək və karyera addımlarını planlaşdırmaq üçün proaktiv liderlik yanaşması ilə mümkündür.

 

Hazırladı

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.