İnsan kapitalı

Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaş amili, əhalinin yüksək rifahı və layiqli həyat səviyyəsi dayanır.

Bunu İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına bildiriblər.

Yeni dövrdə isə dövlət müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların inkişaf etdirilməsi, rəqabətli insan kapitalının formalaşması, cəmiyyətin yüksək rəqəmsal mədəniyyətə və bacarıqlara sahib olması və innovativ texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması yolu ilə sosial rifahı yüksəltməyi hədəfləyir. Azərbaycan dünyada artan rəqabətə uyğun insan kapitalı formalaşdırmaqla rifaha nail olmağı prioritet kimi müəyyən edib. Bu baxımdan ölkəmizdə rəqəmsal iqtisadiyyatın və texnologiyaların inkişafi üçün əlverişli infrastrukturun formalaşdırılması istiqamətində fəal iş aparılır. Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Mərkəzinin yaradılması da ölkəmizi yeni texnoloji rəqabət mühitində önə çıxarmaq məqsədindən irəli gəlir.

Bununla yanaşı, idarəetmə sahəsində daim təkmilləşmə və effektivlilik əsas götürülərək insan kapitalının, kadr potensialının formalaşması, bacarıqlı kadrların önə çıxarılması məqsədilə də yeni layihələr həyata keçirməkdədir. Məsələn, “Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri, yeni dövrə uyğun bilik və vərdişləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr bankının yaradılmasını təmin etmək məqsədilə atılmış mühüm addımdır. Bununla yanaşı, İqtisadiyyat Nazirliyində yüksək potensiallı ehtiyat kadrlar bazasının formalaşdırılmasında mövcud potensialdan səmərəli istifadə, peşəkarlıq səviyyəsinin artırılması, rotasiyasının, hərtərəfli inkişaf üçün şəraitin yaradılmasının təmin edilməsi, eləcə də idarəetmə sahəsində təcrübə mübadiləsinin təşkil edilməsində “Uğur yolu”karyera inkişaf proqramının həyata keçirilməsi xüsusi önəm kəsb edir.

İnsan kapitalının həlledici rolunu nəzərə alaraq, innovasiyaların davamlı inkişafı fonunda bu sahəyə diqqət getdikcə artacaq. Bu məqsədlə şərait və mühit daha da əlverişli hala gətiriləcək. Təhsilin keyfiyyətinin yüksəldilməsi, innovasiyaları təşviq edən münbit şəraitin yaradılması, ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistemin qurulması, dövlətin vahid rəqəmsal platformasının yaradılması kimi tədbirlər də buna xidmət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.