İngiltərədə Avropanın “ən böyük” quru dinozavrının fosili tapılıb

O, qalıqların spinozavrlar ailəsindən iki ayaqlı və timsah kimi üzü olan yırtıcı dinozavrlara aid olduğunu düşünür. Alimlər İngiltərənin Uayt adasında Avropanın ən böyük quru dinozavrı olduğu düşünülən dinozavrın qalıqlarının aşkar edildiyini açıqlayıblar. Southampton Universitetinin paleontoloqları adanın cənub-qərbində təxminən 125 milyon il əvvəl yaşadığı və uzunluğu 10 metr olan yırtıcı heyvanın qalıqlarını tapıblar. Tədqiqatçılar qalıqların spinozavrlar ailəsindən iki ayaqlı və timsah kimi üzü olan yırtıcı dinozavrlara aid olduğunu düşünürlər. Uayt adasında aşkar edilən qalıqlar dinozavrın çanaq sümüyü və quyruğuna aiddir.

 

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.