• Xəbər Lenti
  • Ən çox oxunan
  • Hamısı
  • Xəbərlər
  • Hərbi
  • Texnologiya
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər

07 Noyabr 2023
Faşizmin yüksəlişi: Totalitar rejimlərin araşdırılması

Faşizmin yüksəlişi: Totalitar rejimlərin araşdırılması

09 Dekabr 2023
İkinci Dünya Müharibəsinin Sakit Okean teatrı: Island hopping və döyüşlər

İkinci Dünya Müharibəsinin Sakit Okean teatrı: Island hopping və döyüşlər

09 Dekabr 2023
Kənd təsərrüfatının sənayeləşməsi: qida istehsalına təsir

Kənd təsərrüfatının sənayeləşməsi: qida istehsalına təsir

09 Dekabr 2023
Qırmızı qorxu: Makkartizm və anti-kommunist isteriya

Qırmızı qorxu: Makkartizm və anti-kommunist isteriya

09 Dekabr 2023
Müstəmləkə dövrü: Avropanın genişlənməsi və fəthi

Müstəmləkə dövrü: Avropanın genişlənməsi və fəthi

09 Dekabr 2023
Texnologiyanın İntibahı: Buxar maşınlarından silikon vadisinə qədər

Texnologiyanın İntibahı: Buxar maşınlarından silikon vadisinə qədər

09 Dekabr 2023
Vətəndaş Hüquqları Hərəkatı: İrqi bərabərlik uğrunda mübarizə

Vətəndaş Hüquqları Hərəkatı: İrqi bərabərlik uğrunda mübarizə

09 Dekabr 2023
Stalinqrad döyüşü: İkinci Dünya Müharibəsində əsas məqam

Stalinqrad döyüşü: İkinci Dünya Müharibəsində əsas məqam

09 Dekabr 2023
Elmi inqilab: Kainatın qavrayışlarının dəyişməsi

Elmi inqilab: Kainatın qavrayışlarının dəyişməsi

09 Dekabr 2023
Millətçiliyin yüksəlişi: iki ağızlı qılınc

Millətçiliyin yüksəlişi: iki ağızlı qılınc

09 Dekabr 2023
Çap maşınının ixtirası: ünsiyyətdə inqilab

Çap maşınının ixtirası: ünsiyyətdə inqilab

09 Dekabr 2023
Caz əsri: Sosial dəyişiklik və mədəni dinamizm

Caz əsri: Sosial dəyişiklik və mədəni dinamizm

09 Dekabr 2023
  • Haqqımızda
  • Saytın istifadə qaydaları
  • Əlaqə
Bazar ertəsi, Dekabr 11, 2023
Vətən Naminə
  • Əsas
  • Xəbərlər
  • Sosial
  • Hərbi
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər
No Result
View All Result
Vətən Naminə
No Result
View All Result
Əsas Xəbərlər

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

Yazar Solmaz Solmaz
07 Noyabr 2023
Kateqoriya Xəbərlər
Oxuma vaxtı: 2 dəqiqə oxudu
A A
3
GÖRÜNTÜLƏNƏN
Facebook-da paylaşınTelegram-da paylaşın

VETENNAMİNE.AZ president.az-a istinadən xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların inşası yekunlaşıb.

Azərbaycan dövlətinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının qurulmasına xüsusi diqqət ayrılır. Şuşadakı 1 saylı orta məktəb bunun daha bir əyani təsdiqidir. Müasir tələblərə cavab verən yeni təhsil müəssisəsi Şuşanın bərpa səviyyəsi ilə uzlaşmaqla yanaşı, Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin ən qabaqcıl standartlara uyğun təhsil almasına xidmət edəcək.

Qeyd edək ki, ölkəmizin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus rol oynayıb. Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri idilər. Belə ki, Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verdi. Şuşada 1 saylı tam orta məktəbin inşası da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktəbin inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır.

Vətən Naminə Mətbuat Xidməti

Sosial şəbəkələrdə bizi izləyin.

Etiketlər #axtarıs#dunya#dünyagörüşü#fm#media#məqalə#news#sosial#vətənnaminə#xəbər#xəbərlər#xəbərvaxtıKiber
Əvvəlki xəbər

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində peşə məktəbinin və kollecin binasına baxıblar

Növbəti xəbər

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə tanış olublar

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

RSS Vətən Naminə TV

  • TURANA DOĞRU | ƏSGƏRƏ MƏKTUB 11 Noyabr 2023
  • TURANA DOĞRU | DÜNYA SAVAŞINA DOĞRU... 18 Oktyabr 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - II hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - I hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | Azərbaycan və Qazaxıstan ictimai birlikləri əməkdaşlığa imza atdılar 05 Avqust 2023
  • #söyüdlü #gədəbəy #etsn #vətənnaminə #xəbərlər 18 İyul 2023
  • #gədəbəy #media #söyüdlü #etsn 18 İyul 2023
  • Prezidentin Nazirliyə verdiyi 1 həftə sona çatdı - ETSN-dən açıqlama 18 İyul 2023
  • TURANA DOĞRU | Buxara vilayətinin baş həkimi İlxom Norov 07 İyul 2023
  • TURANA DOĞRU | 26 iyun Silahlı Qüvvələr Günü 26 İyun 2023
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Kərgicahan pələngi 24 İyun 2023
  • #vətənnaminətv #turanadoğru #turanordusu #türkiyə #media 22 İyun 2023
  • #vətənnaminətv #şəhidlərölməzvətənbölünməz #gədəbəy #turanordusu #türkiyə 22 İyun 2023
  • #türkiyə #turanordusu #turanbirliği #turanadoğru #vetennamine #aktualxəbərlər 22 İyun 2023
  • #vetennamine #aktualxəbərlər #ukrayna #turanadoğru #turanordusu #türkiyə 22 İyun 2023
Vətən Naminə

©2023 Hüquqları qorunur.

Vətən Naminə Media Group

  • Haqqımızda
  • Saytın istifadə qaydaları
  • Əlaqə

Bizi izləyin

No Result
View All Result
  • Əsas səhifə
  • Xəbərlər
    • Siyasət
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Kriminal
  • Sosial
    • Turizm
    • Kulinariya
    • Film
    • Layihələr
  • Texnologiya
    • Kibertəhlükəsizlik
    • Proqramlaşdırma
    • Smartfonlar
    • Startup
  • Hərbi
    • Təlimlər
    • Görüşlər
    • Cəbhə Xəbərləri
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər

©2023 Hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.