İkili say sistemi Qotfrid Leybniz tərəfindən icad edilmiş say sistemidir və yalnız iki ədəddən (0 və 1) ibarətdir.
Bu say sistemi məlumatların yazılması üçün istifadə edilən bütün ikili kodların, məsələn, hər yerdə mövcud olan kompüter prosessorunun təlimatlarının əsasını təşkil edir.
İkili say sisteminin əsası 2-dir. Və bu sistemdə yalnız “0” və “1” rəqəmlərindən istifadə olunur. İkili say sistemində hər bir ‘0’ və ya ‘1’ rəqəmi BIT (İkili Rəqəm) adı ilə müəyyən edilir. Yalnız iki rəqəmdən ibarət olan İkili ədədlərlə onluq (ondalıq) ədədləri təyin edə bilməyimiz rəqəmsal sistemlərin iki gərginlik səviyyəsindən istifadə edərək müxtəlif böyüklüklərin tərifini başa düşməyə imkan verir.
Bir bayt 8 bitdən ibarətdir. Quruluşunu nəzərə alsaq, ən çox 2-nin 8-in gücünə qədər məlumat daşıya bilər. 10-cu bazada izah etdiyimiz zaman 256-ya uyğun gəlir.
2(üstü 8) = 2x2x2x2x2x2x2x2 = 256
İkilik say sistemindən istifadənin səbəbləri aşağıda verilmişdir.
a) Məntiqi verilənlərin Boole cəbri əsasında təqdim edilməsi və məntiqi əməliyyatların yerinə yetirilməsi üçün ən uyğun say sistemidir.
b) Arifmetik əməliyyatları sadə və tez yerinə yetirməyə imkan verir.
c) Fiziki hadisələrin əksəriyyəti binar sistem üçün çox uyğundur. Məsələn, gərginlik var/yox, işıq var/işıq yoxdur, kontakt açılır/söndürülür, maqnitləşmə var/yox və s.
d) Verilənlərin yaddaşında ünvanı müəyyən etmək üçün kompüterlərdə istifadə olunur.
e) Əmr kodu kimi istifadə olunur.
f) Əlifba və rəqəmsiz simvolları təmsil etmək üçün istifadə olunur.
g) EHM-lərdə daxili və xarici sxemlərin vəziyyətlərini təyin etmək üçün ədədlər qrupu kimi istifadə olunur.
İkili say sisteminin bəzi çatışmazlıqları aşağıdakılardır:
a) İnsanlar ikili say sistemindən istifadə etməyiblər.
b) Çox uzun ədədləri onluq say sisteminə uyğun yazmaq lazımdır.
Həlimə Əliyeva