Dekabrın 6-da “Bədən Tərbiyəsi və İdman“ sahəsi üzrə illik statistik hesabatlar formalarının düzgün doldurulması, il ərzindəki fəaliyyətlərinin yekunları haqqında statistik hesabatların toplanılması, ümumiləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi, təhlilinin aparılması və monitorinqinin keçirilməsi, bədən tərbiyəsi və idman sahəsində mövcud vəziyyətin öyrənilməsi məqsədilə seminar keçirilib.
Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən seminarda Bakı, Abşeron – Xızı və Quba – Xaçmaz iqtisadi rayonları üzrə tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün bədən tərbiyəsi və idman yönümlü təşkilatların, müxtəlif tipli idman məktəblərin nümayəndələri iştirak ediblər.
Seminarda giriş sözü ilə çıxış edən gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, statistik hesabatların toplanılması, ölkədə sosial-iqtisadi vəziyyətin, elmi-texniki inkişafın, ölkə, region və sahə səviyyəsində qarşılıqlı təsərrüfat əlaqələrinin, struktur dəyişikliklərinin və istehsalın səmərəliyini səciyyələndirən statistik məlumatlarla idarəetmə orqanlarının, bədən tərbiyəsi və idman subyektlərinin, bu sahədə fəaliyyət göstərən işçilərin ehtiyaclarının ödənilməsi barədə məlumat verib.