“Mançester Siti” ilə matçdan öncə komanda ilə birgə məşqlərə qoşulub. Onun martın 10-da “Enfild”də baş tutacaq oyuna qədər hazır olacağı gözlənilir.
M.Salah Afrika Millətlər Kubokunda Misirin Qana millisi ilə görüşündə zədələnib. O, bu səbəbdən “Liverpul”un son 4 matçında meydana çıxa bilməyib.
Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm iştirak etdiyi qarşılaşmalarda 19 qol vurub və 9 məhsuldar ötürmə edib.
Yunan-Roma güləşi üzrə millinin üzvləri məşqçilər Kamran Məmmədovla Zöhrab Abbasovun rəhbərliyi altında güləşəcəklər. Qarşıdakı iki gündə Fərid Sadıxlı, Tural Mehtiyev (hər ikisi 55 kq), Nihad Quluzadə, Elmir Əliyev, İlkin Qurbanov (hamısı 60 kq), Ziya Babaşov (63 kq), Urfan Həsənli (72 kq), Tuncay Vəzirzadə (82 kq) və Laçın Vəliyev (87 kq) xalçaya çıxacaqlar.
Turnirin son iki günündə məşqçilər Taymuraz Kokoyevlə Əşrəf Əliyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə Ceyhun Allahverdiyev (61 kq), Zirəddin Bayramov, Murad Haqverdiyev, Musa Ağayev (hamısı 65 kq), Maqomed-Başir Xaniyev, Sabir Cəfərov (hər ikisi 70 kq), Cəbrayıl Qadjiyev, Murad Yevloyev (hər ikisi 74 kq), Əşrəf Aşırov, Ramiz Həsənov (hər ikisi 79 kq), Şamil Zubairov, Abdulcəlil Şabanov (hər ikisi 92 kq) və Qadjimurad Maqomedsaidov (97 kq) yer alıb.
Aysel Məmmədli
Vətən Naminə Mətbuat Xidməti