İdeoloji iş və mənəvi-psixoloji təminat şöbələrinin (bölmələrinin) rəisləri və psixoloqlarla seminar keçirilib


Aprelin 29-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ideoloji iş və mənəvi-psixoloji təminat şöbələrinin (bölmələrinin) rəisləri və psixoloqlarla seminar keçirilib.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.
Seminarda birlik, birləşmə, əlahiddə hərbi hissələrin və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat şöbələrinin (bölmələrinin) rəisləri və psixoloqlar, eləcə də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin, Narkoloji Mərkəzin nümayəndələri iştirak ediblər.