Vetennamine.az saytının Cəbrayıl rayonu üzrə bölgə müxbiri Məlahət Məhərrəmovanın verdiyi məlumata əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib.
12 yanvar 2023-cü il tarixdə Cəbrayıl rayon icra Hakimiyyətinin inzibati binasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Hacıyev Vahid Rasim oğlu ilə bir qrup rayon ziyalılarının görüşü keçirilib. Görüşdə Cəbrayıl rayon icra Hakimiyyətinin başçısı Kamal Həsənov, Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı bərpa, tikinti və idarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Növrəst Cəfərov, Xüsusi Nümayəndəliyin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və ziyalılar iştirak ediblər.
Görüş zamanı rayon icra Hakimiyyətinin başçısı Kamal Həsənov, Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı qələbədən söhbət açaraq azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq, bərpa işlərindən danışaraq göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Prezidenti İlham Əliyevin tapşırığı əsasında rayonda bərpa-quruculuq, iqtisadiyyatın yenidən qurulması, sakinlərin məskunlaşdıqdan sonra sosial vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq dövlət proqramlarının işlənib hazırlandığını qeyd etdilər.
Sonda rayon sakinlərinin təklifləri və fikirləri dinlənilərək geniş müzakirələr aparıldı.
Vetennamine.az Mətbuat Xidməti













