İctimai və dövlət maraqlarının qorunması

Xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndərimizin və onun layiqli davamçısı İlham Əliyevin apardıqları uğurlu siyasət nəticəsində ökəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi uğurla təmin edilir. İctimai və dövlət maraqlarının qorunması Azərbaycan dövlətinin prioritet məsələlərindən biridir. İctimai maraqlar hər bir cəmiyyəti təşkil edən insanların rifahının ifadə olunduğunu, fərdi mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayış kimi qəbul edilir. Bunun təbliğini və müdafiəsini Azərbaycan hakimiyyəti və onun strukturları öz üzərlərinə götürürlər. Bu gün dövlət və vətandaş münasibətlərinin qurulub gücləndirilməsi vacib tapşırıqlardan birinə çevrilib. İctimai maraqlar sözsüz ki, fərdi maraqlar anlayışı ilə əlaqələndirilməməlidir. İctimai maraqları tənzimləyib müdafiə edən məhz Azərbaycan dövlətidir. Azərbaycanda İctimai Birliklər, QHT-lər hüquqi imkanlarla ictimai maraqların müdafiə edilməsini gerçəkləşdirməyə çağırırlar. İctimai maraqların qorunmasının təmin edilməsində sözsüz ki, dövlətin maraqları prioritet məsələlərdən birinə çevrilib. Dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmasların, qarşılıqlı anlaşmaların yaradılması nə qədər çox olarsa, o zaman ortaq maraqlarda o qədər artar. Bunun bariz nümunəsi kimi ölkə başçısının dəfələrlə “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır!” deməsidir.
Azərbaycanda mövcud dövlətçilik modelinin ən uğurlu istiqamətlərindən biri digər dövlətlərlə bütün sahələrdə münasibətdə öz milli maraqlarından çıxış etməsi, bu sahədə aparılan uğurlu siyasətin nümunəsi kimi qəbul etmək olar. Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi işinə mühüm töhfələr verən amillərdən biri də demokratik inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə edilməsidir.
Azərbaycanda reallaşdırılan müxtəlif istiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Bunlar hamısı əsas verir ki, Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Ən mühüm məsələlərdən biri də Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel aparılır və bir-birini tamamlayırlar.
Dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği əsas vəzifələrdən biridir. İctimaiyyət və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşlarımızın maarifləndirilməsi ən önəmli şərtlərdəndir. Çünki hər birimizin həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir.
Ümumilikdə desək, hər bir Azərbaycan vətəndaşı öz dövlətinin maraqlarını qorumalıdır. Vətəndaş cəmiyyəti ilə dövlət arasında əsas körpü rolunu Azərbaycanda inkişaf edən demokratik media öz üzərinə götürməlidir.
Ölkə başçısı KİV nümayəndələri ilə görüşlərdə daim mətbuatın milli maraqlardan çıxış etməli olduqlarını aktual məsələ kimi vurğulayır. Təbii ki, KİV nümayəndələri öz fəaliyyətlərində dövlətin strateji maraqlarını, dövlətin gələcəkdə də təhlükəsiz şəraitdə yaşamasını müdafiə etməli və milli maraqları qorumalıdır.

 

Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.